TƏRTƏRdə işbazlara qarşı REYDlər başladı - FOTOLAR
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin yerli icra strukturlarının qarşısında qoyduğu vəzifələri yüksək səviyyədə həyata keçirmək, süni qiymət artımının qarşısını almaq, kiçik və orta sahibkarlıqla məşğul olan iş adamlarının fəaliyyətinə stimul vermək məqsədilə TƏRTƏR rayonunda mühüm addımlar atılır. Rayonda manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, suni qiymət artımının qarşısının alınması məqsədi ilə rayon icra hakimiyyəti başçısı yanında istehlak bazarına nəzarəti həyata keçirən komissiya yaradılmışdır. Hər birinin tərkibində 10 nəfər olmaqla 10 qrup suni qiymət artımının qarşısının alınmasına nəzarət edir. Həmin qruplara rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri rəhbərlik edir. Komissiya üzvlərinin iştirakı ilə istehlak bazarında baş verə biləcək süni qiymət artımının qarşısının alınması üçün ticarət obyektlərində, pərakəndə satış mağazalarında, çörək bişirmə sexlərində, taxıl bazarında reydlər keçirilmişdir. Reyd zamanı un və un məmulatlarının, taxılın və digər ərzaq məhsullarının qiymətlərinin qanuna müvafiq qaydada tənzimlənməsinə riayət olunması, sui-istifadə hallarına yol verilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Reyd zamanı çörəyin çəkisi və qiymətində aşkar olunan cuzi nöqsanlar komissiya tərəfindən aradan qaldırılmışdır. Ərzaq məhsullarının keyfiyyətinə də nəzarət edilmişdir. Reydlər bundan sonra da müntəzəm surətdə davam etdiriləcəkdir.