İSMƏT ABBASOVUN ZAVODUNA KORRUPSİYA İTTİHAMLARI… – Milyonlar necə mənimsənilib?

 

img1466633

Uzun illərdir ki, əksər müəssisələri səhmdar cəmiyyətlərə çevirən vəzifəli şəxslər, dövlətə və kiçik səhmdarlara çatası vəsaitləri mənimsəyirlər. Ayrı-ayrı məmurların nəzarətində olan səhmdar cəmiyyətlərdə istehsal olunan məhsul qeydiyyatdan yayındırılmaqla, əldə olunan gəlir bir qrup şəxsin cibinə axır. Səhmdar cəmiyyətlərin çoxu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbərliyinin nəzarətində olduğundan, bu sahədən ən çox gəlir götürənlərdən birinin Kərəm Həsənov olduğu şübhə doğurmur.

Ancaq digər yüksək post tutan şəxslərin, nazirlərin də kifayət qədər gəlir əldə etməsinə şərait yaradan səhmdar cəmiyyətləri mövcuddur.

Elə Göyçay rayonu H.Cavid küçəsi ev 23-də yaşayan sahibkar Qədirov Məhəmmədəli Mahmud oğlu tərəfindən “AzPolitika.info” saytı vasitəsilə ölkə rəhbərliyinə ünvanlanan məktubda da, səhmdar cəmiyyətlərdən birində baş verən korrupsiya faktlarından bəhs edilir.

Söhbət “Bakı Şərab 1” Açıq Tipli Səhmdar Cəmiyyətində (ATSC) baş verən qanunsuzluqlardan gedir. Hər halda sahibkar Məhəmmədəli Qədirovun məktubundan belə məlum olur ki, “Bakı Şərab 1” ATSC-də hər il milyonlarla manat vəsait vergidən yayındırılaraq, şəxsi hesablara yönəldilir.

98c99797da291f30d29a7ff0ee467d73Bu haqda məlumat verməzdən öncə qeyd edək ki, “Bakı Şərab 1” ATSC hazırda baş nazirin müavini vəzifəsini tutan keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun zavodu kimi tanınır. Vaxtilə “Bakı 1 saylı şərab zavodu” adlanan bu müəssisədə direktor müavini işləmiş İsmət Abbasovun, kənd təsərrüffatı naziri olduğu dövrdə ATSC-ni öz nəzarətinə keçirdiyi iddia olunur. Yəni, bu ATSC-nin gəlirləri əsasən İsmət Abbasovun şəxsi büdcəsinə daxil olur.

İndi isə qayıdaq sahibkarın yazdıqlarına. Məhəmmədəli Qədirov məktubunda ilk olaraq “Bakı Şərab 1” ATSC-də üzləşdiyi qanunsuzluqlardan bəhs edir:

“Mən, 2004-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Göyçay şəhəri Nizami küçəsi 20/20 ünvanında yerləşən şəxsi ərzaq mağazam var.

15 Aprel 2008-ci il tarixdə “Bakı Şərab 1″ ATSC-nin satış müdiri Məmmədov Allahverdi (hal-hazırda işləmir) məni ATSC-yə dəvət etdi və təklif etdi ki, həmin səhmdar cəmiyyətlə mənim mağazamın arasında müqavilə bağlansın və onların istehsal etdikləri spirtli içkilərin regionlarda satışını təşkil edim.

15 Avqust 2008-ci ildə direktor Sahib Rəhimovun əmri ilə, mən, həmin mağazaya müdir təyin olundum. Zavod direktoru Sahib Rəhimovun əmrinə əsasən, mağazanı işçilərlə təmin etdim”.

Sahibkar yazır ki, işlədiyi müddət ərzində sürücü yanında işləyən fəhlələrə zəhmət haqqı olaraq 12 750 manat, 4 saylı firma mağazasında araq saxlanılan anbarda anbardar işləmiş şəxslərə ümumilikdə 17 000 manat, kompüterdə işləmiş şəxslərə isə ümumilikdə 12 600 manat əməkhaqqı ödəyib. Bundan əlavə, 8 il ərzində hər ay ona icarə haqqı olaraq 220 manatdan 19 580 (On doqquz min beş yüz səksən) manat pul verilməsi vəd olunub. Digər xərclərə ümumilikdə 20 350 manat xərci çıxıb.

“Qeyd olunan dövrdə 450 000 (dörd yüz əlli min) manatlıq satış edib, “Bakı şərab 1” ATSC-yə ödəmişəm. Danışığa əsasən, ödənilən məbləğin 5%-i mənə faiz pulu kimi ödənilməli idi, ancaq mənə 3% ödənib. Ödənilməyən bir il üçün 2%-i pula çevirəndə (450000 x 2%) 9000 manat edir. İki il isə 5% əvəzinə 4% almışam. 450 000 manatın 1%-i 4500 manat edir ki, bunu da 2 ilə vurduqda 9000 manat edir.

Beləliklə, işlədiyim müddət ərzində “Bakı Şərab 1″ ASC mənə yuxarıda göstərdiyim xərclərə görə, ümumilikdə 100 207 (Yüz min iki yüz yeddi) manat ödəməli olduğu vəsaiti ödəməmişdir”.  

1goy

Məhəmmədəli Qədirov məktubunun sonrakı hissəsində “Bakı Şərab 1” ATSC-də korrupsiya faktlarının baş verdiyini iddia edir: “Sahib Rəhimovun korrupsiya faktları bununla bitmir. Belə ki, Sahib Rəhimov ikili faktura ilə işləyir. Bunu da dövlət vəsaitini mənimsəmək və vergidən yayınmaq məqsədilə edir. Təqribən 8 il ərzində zavod direktoru milyon manata yaxın dövlət vəsaitini mənimsəmişdir. Və həmin mənimsəməni sübut edən məndə konkret sənədlər var. Həmin sənədləri istintaqa təqdim edəcəm.

İşlədiyim dövrdə 3 359 960 ədəd, hər birinin dəyəri 0.20 qəpikdən olmaqla, cəmi 671 992 manat dəyərində boş araq şüşəsinin mənim tərəfimdən zavoda satılması barədə saxta sənəd tərtib olunmuşdur. Halbuki, mən həmin boş şüşələri satmamışam. Vergidən yayınmaq üçün, həmin araq şüşələrinin hər birini 8 qəpikdən alıb, fakturada 20 qəpiyə sənədləşdirmişdilər”.

Sahibkarın iddasına görə, “Bakı Şərab 1” ATSC rəhbərliyi ciddi qanunsuzluqlara yol verdiyi halda, ona qarşı saxta korrupsiya ittihamları tərtib ediblər: ““Bakı Şərab 1” ATSC rəhbərliyi tərəfindən 2013-2015-ci illər üzrə audit yoxlaması mənim iştirakım olmadan aparılıb və səhmdar cəmiyyətə 76 224 manat borclu olduğum barədə sənəd tərtib edilib. Həmin sənəd Korrupsiyaya Qarşı Mübarizə idarəsinə təqdim edilib. Əgər 2008-2015-ci illər mənim işlədiyim dövr audit edilib, yoxlanılsa, mənim səhmdar cəmiyyətə borcum olmayacaq. Korrupsiya dövlət məmurlarının bir-birilə cinayət əlaqəsinə girərək, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, dövlət vəsaitini mənimsəməsi deməkdir. Mən isə sadə bir sahibkaram.

Cənab Prezidentin göstərişinə əsasən, korrupsionerlərlə mübarizə aparmaq lazımdır. Qanunsuzluqları isə “Bakı Şərab 1” ATSC-nin direktoru Sahib Rəhimov və onu himayə edənlər edib. Bununla bağlı konkret faktlar yerində yoxlanılmalıdır.

Mən Korrupsiyaya Qarşı Mübarizə idarəsinə həmin zavodun direktoru Sahib Rəhimovun milyonlarla manat dövlət vəsaitini korrupsiya yolu ilə mənimsəməsi barədə ərizə yazaraq bildirmişəm. Lakin mənim ərizəmi Göyçay Rayon Prokurorluğuna göndəriblər. Göyçay Rayon Prokurorluğu isə mənə məktubunda bildirir ki, mülki məsələdir, məhkəməyə müraciət edin.

8 il müddətində vergi hesab fakturası üzrə 3 549 317.40 manat dəyərində mal alıb, 3 546 167.87 manat mədaxil ödəniş etməyimə baxmayaraq, “Bakı Şərab 1” ATSC tərəfindən kassaya 3 152 697.28 manat mədaxil edilmişdir. Bu məbləğlər arasında yaranan fərq 393 470.59 manatdır.
Əgər Korrupsiyaya Qarşı Mübarizə İdarəsi respublikada həmin zavodun firma mağazalarını və uçotdan gizlədilən qeyri-rəsmi mağazalarını yoxlayarsa, milyonlarla manat vəsaitin korrupsiya yolu ilə zavod direktoru Sahib Rəhimov tərəfindən mənimsənilməsi faktını asanlıqla üzrə çıxarar. Bütün bunların istintaq zamanı yoxlanılmasını xahiş edirəm.

Sahib Rəhimovun özünün məsuliyyətə cəlb edilməsi əvəzinə, o, borc içində olan və bu gün banka 102 000 dollar borcu olan sadə bir sahibkara şər atır.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və onun tərəfindən yaradılmış Apellyasiya Şurasının sədri Eldar Nuriyevdən artıq dərəcədə xahiş edirəm ki, onlara sənədlərlə birgə göndərdiyim şikayət ərizəmə obyektiv baxılmasını təmin etsinlər. Mən cənab prezdent İlham Əliyevə inanıram”.

P. S. Məktubda göstərilənlərlə bağlı “Bakı Şərab 1” ATSC rəhbərliyinin, o cümlədən Sahib Rəhimovun da mövqeyini işıqlandırmağa hazırıq.

3goy
4goy2goy

 






Fikirlər