Krediti GÖTÜRƏN deyil, ZAMİN cəzalandırıldı - DİQQƏTLİ olun

“Krediti götürən deyil, zamin cəzalandırıldı - Diqqətli olun

Bakı sakini İsmayıl Ömərov kredit götürən yaxın qohumuna zamin durub. Lakin bir müddət sonra borcun onun tərəfindən ödənilməsi ilə bağlı evinə məhkəmə qərarı gəlib.

 AzerTaym.az xezerxeber-ə istinadən xəbər verir ki, İsmayıl Ömərovun dediklərinə görə, ödənişin gecikməsi, işin məhkəməyə verilməsi ilə bağlı indiyədək ona nə bank, nə də məhkəmə tərəfindən heç bir xəbərdarlıq edilməyib.

Hüquqşünaslar isə bildirirlər ki, əslində bu ilk növbədə krediti götürən və zamin duran şəxslə bank arasında bağlanan müqavilə ilə tənzimlənir. Yəni, əgər müqavilədə əksini tapıbsa bank vətəndaşı xəbərdar etmədən belə prosesi məhkəmə müstəvisinə keçirə bilər. Amma məhkəmə səviyyəsində proses bir qədər fərqlidir.

İş burasındadır ki, qərar artıq icraya yönəldilib. Bu isə kredit götürənin və zaminin üzərinə əlavə 7 faiz ödəmə hökmü qoyur. Halbuki onlar vaxtında xəbərdar edilsəydilər və 10 gün ərzində ödənişə başlasaydılar həmin yeddi faizi ödəməyəcəkdilər. 






Fikirlər