KAPİTAL BANK-ın yeni ŞİMAL filialı İSTİFADƏYƏ VERİLDİ
Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yeni Şimal filialını istifadəyə verdi. "AzerTaym.az" xəbər verir ki, yeni konsepsiya əsasında təqdim edilən filial Quba şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərir. Filial bazar ertəsi–cümə günü saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər. Kapital Bank-ın yeni konsepsiya əsasında təqdim edilən Şimal filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari ildə Bakı və regionlarda bir sıra filialların əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır. Buna misal olaraq cari ildə Kapital Bank-ın Füzuli filialının köçürülməsi və yeni Bravo-2 filialının açılışını qeyd etmək olar. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilir. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 94 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçünwww.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.