Azərbaycanda MORQLARA 14 yaşa qədər 185 MEYİT gətirilib

Azərbaycanda morqlara 14 yaşa qədər 185 meyit gətirilib

“Keçən il Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (morqlara) prokurorun göndərişi və şikayətlər əsasında 14 yaşa qədər 185 meyit gətirilib”.

Bunu birliyin direktoru Ədalət Həsənov deyib.

Birlik direktoru qeyd edib ki, meyitlərin 21-i ölü doğulan körpələr olub: “Digərləri isə diridoğulanlardır. 185 meyitin içərisində 104-nün ölüm səbəbi zorakıdır. Yəni, avtomobildə gedərkən qəza zamanı ölən, üzərinə qaynar su tökülərək ölən, yaxud eyvandan yıxılaraq ölənlər bu qrupa şamil edilir”.

Ə.Həsənov vurğulayıb ki, 14 yaşa qədər dünyasını dəyişənlərdən 61 nəfər xəstəlikdən ölənlərdir: “Həmin ölümlərin əksəriyyəti infeksiyalardan baş verib”.

O, həmçinin xatırladıb ki, ötən il ana ölümü ilə bağlı morqlara 21 meyit gətirilib. (report)






Fikirlər