Heydər Əliyev cəbhə BÖLGƏSİNDƏ ANILDI

Heydər Əliyev cəbhə bölgəsində anıldı

Heydər Əliyevin vəfatının on dördüncü ildönümü ilə əlaqədar  Füzuli rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri keçirilir. 

Rayon İH-dən “AzerTaym”a daxil olan xəbərə görə, dekabrın 12-də rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və təşkilatları, hüquq-mühafizə orqanlarının kollektivləri, ərazidəki N saylı hərbi hissənin şəxsi heyəti və ictimaiyyət nümayəndələri Horadiz şəhərindəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Alı Alıyev ictimaiyyət nümayəndələri ilə söhbətində Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, dövlətçiliyimizin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir.

Alı Alıyev qeyd edib ki, Heydər Əliyevin ideya və arzuları bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

 



 






Fikirlər