AZƏRBAYCANLI XANIM türk şəhidlər üçün EHSAN VERDİ

Azərbaycanlı xanım türk şəhidlər üçün ehsan verdi

Türkiyənin Balıkesir əyalətinin Ayvanlık rayonunun Altınova məhəlləsində dönərxanada işləyən 55 yaşlı azərbaycanlı Sevda Orucova Afrində "Zeytun budağı” antiterror əməliyyatında şəhid olan Türkiyə hərbçilərinin ruhuna Cümə namazından əvvəl ehsan verib.
Report-un xəbərinə görə, Sevda Orucova 26 ildir Altınovada yaşayır.
Hacı Bayram Vəli Məscidinin imamı İbrahim Adıgözəl, Orta Məscidin imamı Hicabi Sarıgül və müəzzin Üzeyir Çelikşəhidlərin ruhuna "Yasin” oxuyub. Namazdan əvvəl camaata ehsan verilib.
"Mən Azərbaycandan gələndən müxtəlif yerlərdə işləmişəm. Sonra kafe açdım. 3 il sonra onu bağladım. Hazırda Altınovadakı qonşumuz Hasan Erkişinin dönərxanasında işləyirəm. Hərbçilərimizi çox sevirəm. Çətinə, dara düşəndə həmişə yanımda oldular. Altınova camaatı məni heç vaxt özünə yad bilməyiblər. Özlərindən bir sayırlar. Bütün şəhidlərimizə Allahdan rəhmət eləsin, ailələrinə səbr versin. Allah dövlətimizə və hərbçilərimizə güc versin”, - Sevda Orucova bildirib






Fikirlər