İsa Qəmbərin QARDAŞI onu Almaniyada müalicə etdirmək İSTƏYİR

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər ötən həftə ürəyində yaranmış problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun ürəyinə stentlər qoyulub, hazırda həkim nəzarətindədir.

İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər Modern.azsaytına açıqlamasında deyib ki, qardaşının sağlamlığı həmişə onu maraqlandırıb:
Çünki İsa bəy Azərbaycan xalqının problemlərinin həllində yaxından iştirak edən, istedadlı, insaflı, işgüzar insanların intensiv işbirliyinin qurulmasına çalışıb və çox dəyərli nəticələrin əldə edilməsində böyük payı olub”.

R.Qəmbər qardaşının Almaniyada müalicə olunmasına kömək etməyı hazır olduğunu da bildirib:

Həmişə İsa Bəyə demişəm ki, Almaniyada həm istirahət etsin, həm də ən yaxşı həkimlərin müayinəsindən keçsin. Alman həkimlərin sayəsində onun sağlamlığını 30 yaşlı gəncin səviyyəsinə yüksəldə bilərik.

2005-ci ildə mən də ürəyimdən açıq əməliyyat oldundum və bu əməliyyat çox uğurlu keçdiyinə görə, bütün əzizlərimin Almaniyada müalicə olunmalarına maksimal  kömək etmək istərdim”.






Fikirlər