Su pulu da qalxdı
Azertaym.az xəbər verir ki, bu gün interpress.az-ın Nəsimi rayonunda yaşayan əməkdaşı ilk bahalaşmanın “nübarını dadıb”. Həmişəki kimi su üçün karta pul yükləyən əməkdaşımıza bu dəfə suyun kubunu indiyə qədər olduğu qiymətə-30 qəpiyə deyil, 36 qəpiyə satıblar. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) qaynar xəttinə 955-ə zəng vuran əməkaşımıza qurumdan bildiriblər ki, suyun qiyməti yeni ildən qaldırılıb.
Azərsu ASC-nin mətbuat ximətinin rəhbəri Anar Cəbrayıllı saytımıza verdiyi açıqlamada isə su pulunun bahalaşmadığını bildirdi.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda da su pulunun qalxmadığı iddia edildi.