Səbəb Avropanın “nəhəng xəstəxana”ya çevrilməsi riskidir
Sağlamlıq problemi olanların Qərbə mühacirlik arzusu gözündə qala bilər.
Bu barədəModerator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin bildirdiyinə görə, buna səbəb Liviya, Suriya, İraq, Əfqanıstandan, post-sovet ölkələrindən, eləcə də Azərbaycandan sağlamlıqla bağlı ciddi problem yaşayan şəxslərin bəzisinin Avropada pulsuz müalicə almaq məqsədi ilə özlərini yalandan siyasi mühacir kimi qələmə vermək niyyətidir.
Belə ki, son illər bir sıra ağır xəstəliklərdən əziyyət çəkən xeyli insan bahalı müalicə xərclərindən yaxa qurtarmaq və bu müalicəni pulsuz, habelə yüksək səviyyədə təmin etmək üçün “əzabkeş demokrat” simasında Qərb ölkələrinə axın edib ki, bu da həmin ölkələrin müvafiq qurumlarının diqqətindən yayınmayıb.
Bəlli olub ki, Qərb dövlətlərində “gəlmələr”in sağlamlıqla bağlı problemini həll etmək üçün milyonlarla dollar məbləğində vəsait xərclənilib. Hansı ki, “yadlar”a göstərilən bu qayğı həmin dövlətlərin vətəndaşları tərəfindən getdikcə daha ciddi etiraza səbəb olmaqdadır. Odur ki, bəzi Qərb dövlətləri səhhətində ciddi problem olan və özünü siyasi mühacir kimi təqdim edən şəxslərin daha ətraflı təftişini həyata keçirmək niyyətindədir. Məqsəd Avropanın Asiya və Afrika təmsilçiləri üçün “nəhəng xəstəxana”ya çevrilməsinin qarşısını almaqdır.