“Müsəlmanları terrorçu kimi təqdim etmək yolverilməzdir” – Prezidentin köməkçisi

2c476596-ba9f-4d2d-b2b4-566b1711fcf9_292

“İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin jurnalistlərini birləşdiricək qurumun yaradılması ilə bağlı müzakirələr aparılır. Bu təşkilat müsəlmanların uğurlu birlik modelidir. Hazırda dünyada, xüsusilədə müsəlman ölkələrində narahatlıq doğuran hadisələr baş verir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransında deyib.

O bildirib ki, Suriyada baş verənlər, Dağlıq Qarabağın işğal edilməsi sabit müsəlman ölkələrini narahat etməyə bilməz: “Qərbin bəzi islamafob dairələri müsəlman ölkələrində baş verənləri qərəzli təqdim edirlər. İslamı zərərli element kimi qələmə vermək doğru deyil. Müsəlmanları terrorçu kimi qələmə vermək, təqdim etmək yolverilməzdir. Bu, müsəlmanları ciddi narahat edir. Bilirsiz ki, Azərbaycanın tarixi ərazisi Dağlıq Qarabağ işğal olunub. Ermənistan beynəlxalq aləmin qərarlarını icra etmir. Buna oxşar problem digər ölkələrdə də var. Bunun üçün vahid islam əməkdaşlığı vacibdir”.
Ə.Həsənov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin KİV-ləri arasında obyektiv məlumat mübadiləsinin yaradılmasına ciddi ehtiyac var: “Bu qurum həmişə müsəlman birliyinə töhfə verib, bundan sonra da verəcək. Müsəlman dünyasının milli-mənəvi dəyərlərinin təbliği əsas məsələdir”.

 






Fikirlər