Yumurta iki dəfə bahalaşdı! – VİDEO

yumurta

Bir müddət əvvəl 7 qəpiyə qədər ucuzlaşan yumurta yenidən bahalaşıb.

İndi yumurta 13-14 qəpiyə satılır.

Bazarlarda ən ucuz yumurta indi 8 qəpiyə satılır. Amma onun da ölçüsü çox balacadır. Satıcılar qiymət artımının səbəbini bilmədiklərini deyir.

Respublika Quşçular Cəmiyyətindən verilən məlumata görə, yumurtanın qiyməti əslində 13-14 qəpik arasındadır. Bir müddət əvvəl bolluq olduğundan qiymətdə də ucuzlaşma olub. İndi isə yumurta yenidən öz qiymətinə qayıdıb. Yəni bu bahalaşma yox, qiymətin normallaşmasıdır.

 






Fikirlər