Rusiyaya İŞLƏMƏYƏ gedənlər GERİ göndəriləcək
İqtisadi tələbi nəzərə alaraq Rusiyanın əmək bazarında nmiqrantların sayı azaldılmalıdır.
Oxu.Az xəbər verir ki, bu barədə Sankt-Peterburqda keçirilən Beynəlxalq İşçi Forumda baş nazirin müavini Olqa Qolodets bildirib:
"Xaricilərin əməyindən istifadə edilməsini tədricən məhdudlaşdırmaq üçün ciddi bir proqramı realizə edirik.
Məsələn, 2015-ci ildə nəqliyyatda xarici işçi qüvvəsi 50 faiz təşkil edirdi, bu gün həmin nisbət 28 faizdir. Ticarətdə həmin rəqəm 25 faiz idi, hazırda 15 faizə düşüb. Biz elə etməliyik ki, bu rəqəmlər getdikcə daha da azalsın”.