Rusiya Azərbaycanı kiril əlifbasına qayıtmağa ÇAGIRDI

b_550_325_16777215_00_images_xeber_sekilleri_30may2017_611247610.jpg

Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB məkanında vahid kiril əlifbasına keçməyə çağırıb.

 AzerTaym.az xəbər verir ki, nazir “Rus dünyası və rus dili: tarixi kölər və inkişaf istiqamətləri” adlı Forumda çıxışı zamanı bu haqda danışıb.

“Son 10 ildə olduqca böyük mövzu gündəmdə olub: şriftlərin latınlaşması və ərəbləşməsi. Budur, indi biz bütün MDB məkanında vahid əlifbaya-kirill əlifbasına keçməliyik. Çünki sorğular da göstərir ki, bizim yaxın xaricin əhalisi hər halda kirill əlifbasına sadiqlik barədə danışırlar” - Vasilyeva bildirib.

Nazirin fikrincə Rusiya kirill əlifbasının yayılması məsələsində çox dəqiq mövqe nümayiş etdirməlidir. “Hərçənd son iyirmi ildə bu mövqe bir qədər zəifləyib”-Olqa Vasilyeva deyib.

SSRİ dağılandan sonra MDB respublikalarından Özbəkistan, Türkmənistan və Azərbaycan kirill əlifbasından latın əlifbasına keçiblər. Qazaxıstan da bu yaxınlarda latın əlifbasına keçidi elan edib və bu prosesin 2015-ci ildə tamamlanacağını bildirib.

virtualaz.org






Fikirlər