Gündə 2 yumurta yeməyə 7 səbəb — ŞOKa DÜŞƏCƏKSİNİZ...
"AzerTaym.az" medicina.az-a istinadən hər gün iki yumurta yeməyin faydalarını təqdim edir: 1. İmmunitetiniz möhkəmlənəcək – çünki yumurtada 59% selen norması, A vitamini, dəmir vardır. Bu maddələr birləşməsi immunitet üçün hava, su kimi lazımdır. Xüsusən qış aylarında günə 2 yumurta qaydasına əməl edin ki, viruslara qarşı immunitetiniz olsun 2. Gözləriniz itiləşəcək Yumurta antioksidantlarla zəngindir, lütein və zeaksantinlə boldur, eləcə də onda Omeqa 3 var. Məhz bu maddələr görmə torunu qopmaqdan, zədələnməkdən qoruyur, gözlərin sağlamlığının qeydinə qalır. Xüsusən məktəbli və tələbələr səhərlər 1 ədəd yumurta mütləq yeməlidir. 3. Dəri, dırnaq və saçlarınız möhkəmlənəcək Yumurta B12, B5, biotin, riboflavin, selen ilə zəngindir. Yumurta yedikdə dəriniz, saçlarınız elastik, yumşaq olacaq, sərbəst radikallardan təmizlənəcək. 4. Beyni aktivləşdirir Məhz yumurtada xolin adlı maddə var ki, başqa heç bir qidada tapmayacaqsınız. Yumurta heç yeməyənlərdə xolin olmur. Xolin beyin hüceyrə membranını qoruyur, yaddaşı, intelekti gücləndirir. Ona görə keçmişdə ağına bozuna hərəkət edib danışanlara “get yumurta iç” deyirdilər. 5. D vitamini ehtiyatını artırır Xüsusən qışda bu vitamin əsklilyi çoxalır, D vitamini az olduqda sağlamlığımız geri gedir. 6. Qalxanvari vəzin işini tənzimləyir, zob yaranması və sonsuzluğa qarşıdır Xüsusən hamilə olmaq istəyən qadınlar və ata olmaq istəyən kişilər hər gün 2 ədəd yumurta yeməlidir 7. Xəstəlikdən, ağır işdən və idmandan sonra bədəni bərpa edir Yumurta təmiz zülaldır, zülal isə tikinti materialımızdır. Əzələləri bərpa edir, boşalmağa qoymur, güc verir.
BU vitamin sümüklər, dişlərin kalsium ilə təminatında da vacibdir.