“QADIN ÇILPAQ AYAQLARI ilə KİŞİLƏR ÜÇÜN əsl mənada MƏZAR qazır...”...

 “XXI əsrin qadını çılpaq ayaqları ilə kişilər üçün əsl mənada məzar qazır...” - QAQARİNİN HƏKİMİ 

“Hər bir gözəlçə açıq-saçıq geyimdə bir görüşə gedərkən yalnız birini müvəqqəti xoşbəxt edir, yolda isə onlarla kişini şikəst edir…” 
 
“Striptizçi qadın isə, ümumiyyətlə, Qərb sivilizasiyasını artıq xəstə kişilər cəmiyyətinə çevirən “kütləvi qırğın silahı” adlandırıla bilər…”
 
"Əlavə etmək üçün yalnız bir şey qalır - siz  hələ də hicaba qarşısınız?..”
 
Mərhəmətli və Rəhimli Allahın adı ilə! Hər bir səmavi din qadınları örtünməyə, abır-həyalı olmağa çağırır. Amma dindar və ilahiyyatçılar bu barədə danışanda başqa, alimlər isə başqa fikirlər söyləyir.  Fəqət artıq dinlə əlaqəsi olmayan bir sıra  tibb alimləri və tədqiqatçılar da qadınların hicabsızlığıyla  son dövrdə ildən-ilə artan və cavanlaşan prostat adenoması(şişi), xərçəngi s. kimi kişi xəstəliklərinin çoxalması arasında əlaqədən bəhs edirlər...
 
Moderator.az transakt analiz istiqamətində məsləhətçi-psixoloq, təlimçi (fərdi inkişaf treninqlərinin aparıcısı), Almatı Transakt Analiz Assosiasiyasının üzvü Asya Qagiyevanın  akademik-həkim, Rusiya Kulturoloji İnstitutunun baş elmi işçisi, bir sıra kosmonavtların, o cümlədən Yuri Qaqarinin həkimi olmuş Leonid Aleksandroviç Kitayev-Smıkla qadın çılpaqlığının kişilərin sağlamlığına təsiri haqda İslam saytlarında dərc olunmuş söhbətinin tərcüməsini təqdim edir.
 
Qısa arayış:
Leonid A. Kitayev-Smık -  Moskvada anadan olub. Orta məktəbdə və Birinci Moskva Tibb İnstitutunda oxuduqdan sonra 1955-ci ildən bəri praktik həkim işləyir. 1960-cı ildən Məxfi Uçuş -Tədqiqat İnstitutunun üzvüdür. İlk sovet kosmonavtlarının: Yuri Qaqarin və başqalarının təlimində iştirak edib. 
 
1963-cü ildə dokor L. Kitayev-Smık digər planetlərə uçuşlar zamanı süni cazibə qüvvəsinin insanlara təsirini öyrənmək təşəbbüsü ilə çıxış edib. Onun iştirakı ilə planetlərarası kosmik gəmilərin Yer üzündə bir imitatoru - böyük  fırlanan sentrifuq-mənzil icad və inşa edilib.
 
1993-cü ildən bəri doktor L.Kitayev-Smık Rusiya Mədəniyyət Araşdırmaları İnstitutunda "Qlobal təhlükəsizliyin kulturologiyası" mövzusunda çalışır.  300-dən çox elmi nəşr, yeddi monoqrafiya, on iki ixtira müəllifidir. Mediada kifayət qədər publisistik çıxışlar etmişdir.
 
 
- Amma Afrika, Asiya və Cənubi Amerikada nəinki yarıçılpaq, tam lüt gəzən xalqlar var... Axı oralarda qızmar bir iqlim mövcuddur. Bəs onlar haqqında nə demək olar?
 
- Mən isə bir əks sual verəcəyəm: ümumiyyətlə, bu cür xalqlar və xüsusən fərdlər nə qədər yaşayır? Onların mədəniyyəti və sivilizasiyası yüksəkdirmi? Anlayın: qədim yunanlar və romalıları çənginə almış çılpaq  bədən kultu onların məhv olmasına gətirib çıxardı. İndi onlar haradadırlar? Planetin xəritəsindən silindilər. Üstəlik, hərbi əməliyyatlarla deyil, içəridən məhv edilməklə yox oldular. İncilin və Quranın Sodom və Qomorra şəhərlərinin sakinləri haqqında söylədikləri bu mövzuda bir çox nümunələrdən biridir. Onlar təbiət qanunlarını və onun təbii mexanizmlərini pozaraq özlərini məhv etmək yolunu tutdular (yeri gəlmişkən, "sodomizm", homoseksualizm - çılpaq olmağa meyilliyin gətirib çıxardığı həssaslığın insan iradəsinə hakim olduğu həmin hedonizmin son həddə ifadəsidir ). Ancaq  əcdadlarının ənənəvi dəyərlərinə riayət edən xalqlar hələ də yaşayırlar. Bunlar əsasən müsəlman xalqları və etnik qruplarıdır. Lakin onu demək gərəkdir ki, müasir slavyanların da əcdadları  belə olub. XIX əsrin bütün rus xalqları arasında xanımlarım geyimlərinə baxın: qadın geyimləri bədəni geniş, uzun ətəkli qiyafələrlə, sarafanlarla əhatə edir,  heç bir yerdə  bədənin fiqurasını qabarıq biruzə vermir və heç bir şəkildə qadında sinəni vurğulamır. Bu paltarlar parlaq, bayramsayağ və rəngarəngdir (əsasən də qırmızı rəngdədir). Lakin onlar  bir qadını bəzəyərək bir kişinin ona diqqətini erotik hisslər olmadan cəlb edir... 
 
Köhnə rus dilindəki "biabır olmaq" ifadəsini xatırlayın - yəni birbaşa mənada təsadüfən yaylığınızı atmaq, saçlarınızı açıb çiyinlərinizə tökmək , məcazi mənada isə  “təcili olaraq düzəldilməsi lazım olan axmaq bir hərəkət etmək, səhv etmək” anlamına gəlir. Qədim rus freskalarına, ikonalarına və əlyazmalarına, ötən əsrin xanımlarının portretlərinə, kəndli qadınlarının şəkillərinə baxın - iffətli gözəl qadın geyimlərinin mədəniyyətini görəcəksiniz! Və XXI əsrin bir çox qadını sözün əsl mənasında çılpaq ayaqları və  geyimlərindəki uzun yarıqlari ilə kişilərin sağlamlığı üçün bir məzar qazırlar. Hər bir gözəlçə "topik" deyilən bir açıq-saçıq geyimdə bir görüşə gedərkən yalnız birini müvəqqəti xoşbəxt edir, yolda isə onlarla kişini şikəst edir. Striptizçi qadın(əgər qadın demək mümkünsə)isə, ümumiyyətlə, Qərb sivilizasiyasını artıq xəstə kişilər cəmiyyətinə çevirən “kütləvi qırğın silahı” adlandırıla bilər… 
 
- Bəs öz dəyərlərini qorumağa çalışan bizim xalqları məhv olmaqda Qərbi təqlid etməmələri üçün xüsusi nə etmək olar? Burada mürəkkəblik bir də ondadır ki,  Rusiya onlarla xalqlar və dinlərin mövcud olduğu nəhəng ölkədir. Hər kəsin qədim yunanlar kimi yox olmaması üçün birlikdə bir şey etməsi mümkündürmü? 
 
- Cavab çox sadədir. Gözəllik və prestijliyin bir ifadəsi olan modaya, xüsusən də media vasitəsi ilə təsir mexanizmləri var - bunlar millətlərin, xalqların liderlərinə məxsusdur.  Hər liderin öz xalqına  "gəlin modanı xalqlarımızın ənənəvi formalarına doğru bir az geri qaytaraq!" siqnalı verməsi kifayətdir - hər şey yaxşı olacaq.Təkrar edirəm: dini ənənələrə sadiq qalan bütün xalqların bir geyim mədəniyyəti var idi. Min illərlə geri  "qızıl əsr" ə dönməyə çağırmaq da lazım deyil.  Geyimin məqsədinin düzgün anlaşılmasını təmin etmək, gözəllik və sağlamlığın optimal tarazlığını qaytarmaq kifayətdir.  Beləliklə, hər şey liderlərimizin əlindədir: onlar bir nümunə göstərəcəklərmi? Sizi əmin edirəm: indi bütün dünyanı geyindirən çinlilər də sifarişimizə görə Qərbin modasına uyğun deyil, nə istəsək, verərlər!.. 
 
Əlavə etmək üçün yalnız bir şey qalır - siz  hələ də hicaba qarşısınız?..”
 
Təqdim və tərcümə etdi: Sultan Laçın






Fikirlər