NATO Cənubi Qafqazda Rusiyaya qarşı hərbi ittifaq qurur?
Türkiyə, Azərbaycan və Gürcüstanın 2017-ci ildə keçirilməsi planlaşdırılan hərbi təlimlərinə NATO qüvvələri də qoşula bilər. Bu barədə Gürcüstanın “Rezonans” saytı yazıb.
Saytın iddiasına görə, bölgədə NATO-nun dəstəyi ilə yeni hərbi ittifaq yarana bilər: “Qərb bunu “Rusiya təcavüzündən” müdafiə olunmaq adı altında edir. Əslində Gürcüstan, Türkiyə və Azərbaycanın təlimlərlə bağlı razılığı NATO-nun regionda güclənməsinin siqnalı hesab edilməlidir”.
Rusiyalı hərbi analitik Aleksandr Xramçikin isə hesab edir ki, Türkiyə-Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı NATO-nun bölgədə Rusiyaya alternativi kimi qəbul edilə bilər.
“Cənubi Qafqazda hərbi əməkdaşlığın sonrakı inkişaf ssenarisi isə Rusiya və Qərbin qarşıdurmasının səviyyəsindən asılı olacaq”, - deyə o bildirib.