Əsgərin bu hərəkəti HAMINI AĞLATDI

Türkiyədə bir çox əsgərin 15 iyul dövlət çevrilişinə cəhddə aldadılaraq iştirak etdiyi məlumdur.

 Publika.az xəbər verir ki, əsgərlərin əksəriyyəti “təlim var” sözləri ilə aldadılıb.

 İyulun 15-də təlim adı ilə İstanbul valiliyinə aparılan əsgərlər həqiqəti televiziyadan öyrəniblər. Əsgərlər daxil olduqları marketdə televiziyada səslənən dövlət çevrilişi mətnini eşidəndə mağaza sahibindən “biz nə edirik?” deyə soruşublar. Dövlət çevrilişi planının içində yer aldıqları öyrənəndən sonra bir əsgər digər yoldaşlarını da saxlayaraq, ağlamağa başlayıb. Əsgərlər göz yaşları içində “biz vətənimizi necə bölə bilərik?” deyə bayrağı öpərək xalqın tərəfinə keçiblər.

 


 

 

 






Fikirlər