Bu foto ABŞ-ı ikiyə böldü - XALQ açıqlama gözləyir
Noyabrda Amerikada baş tutacaq prezident seçkisində demokratların namizədi Hillari Klintonun bu günlərdə çəkilən fotosu müzakirələrə səbəb olub. AzerTaym.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, sözügedən fotoda pilləkələrdən qalxarkən xanım namizədə mühafizəçiləri kömək edib. Amerika mediası belə vəziyyətdə H. Klintonun sağlıq durumunun necə olmasından ehtiyatlanıblar. Onun səhhəti ilə bağlı açıqlama verilməsini istəyirlər. Foto onun Kolorida əyalətində apardığı seçki kampaniyası zamanı çəkilib. Qeyd edək ki, H. Klinton 2009- cu ildə dirsəyini qırıb, 2011- ci ildə təyyarəyə minərkən yıxılıb. Elə həmin ildə də beyin əməliyyatı keçirib.