“ÜSƏMA BİN PUTİN” portreti Nyu-Yorkun mərkəzində...

Moderator.az xəbər verir ki, dünən Nyu-Yorkda, Manhettenin mərkzindəki binaların birinin üzərindəki reklam lövhəsinə “ bir nömrəli terrorçu-Üsama bin Putin” sözləri yazılan portret asılıb. Reklam lövhəsində Amerika hərbiçiləri tərəfindən öldürülən “Əl- Kayda” terror təşkilatının rəhbəri Üsəma bin Ladenin görkəmində Putin təsvir olunub. Bu aksiyanın Rusiya prezidentinin ad gününə həsr olunduğu ehtimal edilir.

Həmin gün Manhetten və Bruklini birləşdirən körpüdən, üstündə“ sülhməramlı” sözləri yazılmış Putinin böyük portreti asılıb. Polis körpüdən asılan portreti çıxarıb, Manhettendə binanın üzərindəki reklam lövhəsi yerindədir.






Fikirlər