Klinton söz verdi: “PKK silahlandırılacaq”

Dünən ABŞ-da prezidentliyə namizədlər – Hillari Klinton və Donald Trampın ikinci debatı baş tutub.

Axar.az xəbər verir ki, hər iki namizəd çıxışında qalmaqallı açıqlamalar verib. Ən çox diqqət çəkən məqam isə Klintonun Suriya ilə bağlı səsləndirdiyi fikirlər olub.

Onlar bizim oradakı gücümüzdür

Demokratlar Partiyasının namizədi xanım Klinton Suriyada kürdləri silahlandıracağını deyib. O, PKK-nın Suriya qolu PYD-ni nəzərdə tutaraq, “Kürdlər İraqda olduğu kimi, Suriyada da ən yaxşı müttəfiqimizdir. Onlar bizim oradakı gücümz olacaq” deyib.

Klinton uçuşa qadağan olunmuş bölgəni yaratmaq fikrini dəstəklədiyini, ABŞ əsgərinin bölgəyə göndərilməyəcəyini əlavə edib.

Lazım olarsa, Rusiya ilə əməkdaşlıq edəcəyik

Suriya və İŞİD məsələsində Tramp Rusiya ilə əməkdaşlığın nəticə verəcəyini deyib:

“İŞİD-i yox etmək üçün lazım gələrsə, Rusiya ilə də əməkdaşlıq edəcəyəm. Ortaq hərbi əməliyyatlar hazırlana bilər”.

Mosul əməliyyatlarına toxunan Respubikaçılar Partiyasının namizədi gizlilik prinsipinin unudulduğunu qeyd edib:

“Niyə Mosul əməliyyatını bu qədər açıq şəkildə müzakirə edirlər, anlamıram. Bunu gizli şəkildə edə bilməzsinizmi? Onsuz da qaçan qaçıb”.






Fikirlər