14.05.2014. - TÜRKİYƏ MATƏM İÇİNDƏ! Mədən partlayışında ölənlərin sayı 200-ü keçdi (Fotolar, Video, Yenilənib)

14.05.2014. -  TÜRKİYƏ MATƏM İÇİNDƏ! Mədən partlayışında ölənlərin sayı 200-ü keçdi (Fotolar, Video, Yenilənib)Manisada kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 201-ə çatıb.

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Manisada kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayının 201-ə çatdığını bildirib. Ölən və yaralıların sayının artacağı istisna olunmur.
Partlayış baş verən an şaxtada 787 insan olub. Xilasetmə əməliyyatı davam edir.

* * * 05/13/2014 22:15

Manisanın Soma əyalətində özəl bir şirkətə aid kömür mədənində partlayış baş verib.

Manisanın Soma əyalətində saat 17.30-da partlayış nəticəsində yanğın çıxıb. İşıqlar söndüyü üçün 300 nəfər işçi yer altında köməksiz qalıb.

AK Partiyanın Manisa Millət vəkili Muzaffer Yurttaş ilk açıqlamasında ölü sayının 20 nəfər olduğu ifadə etsə də, Yurttaş daha sonra “CNNTürk”ə ölü sayının 4 olduğunu , 16 yaralı olduğunu bildirib.

Soma Dövlət Xəstəxanasının baş həkimi Rüştü Parlak mədəndəki partlamadan sonra xəstəxanaya gətirilən üç şəxsin öldüyünü bildirib.. Xəstəxanaya gələnlərin tüstüdən zəhərlənərək həyatlarını itirdiyini ifadə edən Parlak dörd işçinin də müalicəsinin davam etdiyini açıqlayıb. Rüştü Parlak müalicə olunan 4 adamın vəziyyətinin yaxşı olduğunu vurğulayıb

Fikirlər