Qafqazda yeni savaş: Kadırov DEVRİLİR

Rusiya Qafqazda yeni müharibə başlada bilər.

Axar.az xəbər verir ki, bunu “Politeka” portalına müsahibəsində İsrail politoloqu Avram Şmuleviç söyləyib. O, artıq Moskvanın Çeçenistan lideri Ramzan Kadırovu diktator kimi göstərməyə başladığını bildirib:

“Qafqazda artan gərginliklər, özəlliklə, Dağıstanda yük avtomobilləri sürücülərinin aktiv etirazları fonunda Kreml vətəndaşların diqqətini Kadırova yönəltmək və rusiyalıların böyük hissəsinin nifrət etdiyi şəxsi öz postundan götürmək istəyir. Artıq Çeçenistanda öldürülən geylərlə bağlı mövzu ortaya çıxıb. Hər kəs gözəl bilir ki, Çeçenistanda insanlar çoxdan və tez-tez öldürülür. Moskva artıq Dağıstandakı etirazçılara qarşı hərbi texnikadan da istifadə edib. Kreml üçün Şimali Qafqazda güclü xalq hərəkatının peyda olması, onun terrorçu fəaliyyətlərdən çəkinərək, iqtisadi və milli-azadlıq şüarları səsləndirməsi kabusdur. Əgər qafqazlılar bunu edə bilsə, bu, Rusiya hakimiyyətinin sonu olacaq”, – deyə o bildirib.






Fikirlər