Avropa İttifaqı: “FETÖ-nü TERROR TƏŞKİLATI kimi görmürük”

Avropa İttifaqı: “FETÖ-nü terror təşkilatı kimi görmürük”

Avropa İttifaqı Fəthullahçı Terror Təşkilatını” (FETÖ) terror təşkilatı olaraq görmədiyini açıqlayıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqının Terrorla Mübarizə üzrə koordinatoru Gilles de Kerçov bildirib.

Onun sözlərinə görə, qurumun mövqeyinin dəyişməsi üçün “sağlam” bir dəlilə ehtiyac var. Gilles de Kerçov 2016-cı il iyulun 15-də FETÖ üzvlərinin istifadə etdiyi “ByLock” mobil əlaqə proqramının dəlil olaraq kifayət etmədiyini vurğulayıb.

“Biz FETÖ-nü terror təşkilatı olaraq görmürük və Avropa İttifaqının bu mövzu ilə bağlı mövqeyini yaxın gələcəkdə dəyişdirəcəyinə inanmıram”, - o deyib.






Fikirlər