Zərrabın MƏHKƏMƏSİNDƏ növbəti RÜŞVƏT QALMAQALI
Keçmiş komissar köməkçisi Hüseyn Qorxmaz Rza Zərrabın ABŞ-da davam edən məhkəmə prosesində önəmli etiraflar edib.
Publika.az xəbər verir ki, H.Qorxmaz 17 dekabrdakı əməliyyatlardan xəbəri olmadığını bildirsə, məhkəmə prosesi zamanı FTB-dən 50 min dollar rüşvət aldığını deyib.
O, ABŞ-da ailəsi ilə birlikdə yaşadığı evin kirayəsinin də məhkəmə tərəfindən ödənildiyini bildirib.
Daha öncə məhkəmə prosesində Türkiyədən 2016-cı ildə qaçdığını, daha sonra ABŞ hökuməti ilə əlaqələr yaradaraq orada yaşamaq haqqı aldığını bildirmişdi.