RUSİYADA MƏMUR yanğına görə DİZ ÇÖKÜB üzr istədi - VİDEO

Rusiyada məmur yanğına görə diz çöküb üzr istədi

Altmış dörd nəfərin ticarət mərkəzində yanaraq öldüyü Kemerov vilayətinin vitse-qubernatoru Sergey Çivilev diz çökərək üzr istəyib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, əyalətin əsas meydanında yeddi saat davam edən mitinqdən sonra vitse-qubernator iştirakçılara səslənib.Mən sizdən üzr istəyirəm” deyərək Çivilev gözlənilmədən diz çöküb. İnsanlar isə onun bu addımını alqışlayıblar və daha sonra bir çoxu meydanı tərk etməyə razı olub.

 






Fikirlər