DİKTATOR İNGİLİS KƏŞFİYYATININ AGENTİ ÇIXDI - ŞOK TARİX

İtaliyanın faşist lideri Benito Mussolini siyasi karyerasına İngiltərənin kəşfiyyat xidməti olan Mİ5-in agenti olaraq başlayıb.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Qardian” qəzeti çıxış edib.

Qəzet yazır ki, 1920-1930-cu illərdə Avropada faşizmin yüksəlişi müşahidə olunurdu. Yeni ortaya çıxan qeydlərə əsasən, Mussolini 1917-ci ildə siyasətə Mİ5-dən həftədə 100 funt sterlinq almaqla başlayıb.

O dövrdə 34 yaşında olan və jurnalist kimi çalışan Mussolini I Dünya müharibəsində İtaliyanın müttəfiqlərinin yanında fəaliyyət göstərməsini təbliğ edir və sülh üçün fəaliyyət göstərənlərin evlərindən bayıra buraxılmamasını təklif edir.

İddia olunur ki, Mussoliniyə Mİ5-dən aldığı əməkhaqqı Romada olan deputatlar və kəşfiyyat agenti Samuel Hoare vasitəsilə çatdırılırdı. Xüsusilə qeyd olunur ki, o dövrdə Samuel Hoare 100 nəfərlik kəşfiyyat şəbəkəsini idarə edirdi.başlayıb.

 O dövrdə 34 yaşında olan və jurnalist kimi çalışan Mussolini I Dünya müharibəsində İtaliyanın müttəfiqlərinin yanında fəaliyyət göstərməsini təbliğ edir və sülh üçün fəaliyyət göstərənlərin evlərindən bayıra buraxılmamasını təklif edir.

İddia olunur ki, Mussoliniyə Mİ5-dən aldığı əməkhaqqı Romada olan deputatlar və kəşfiyyat agenti Samuel Hoare vasitəsilə çatdırılırdı. Xüsusilə qeyd olunur ki, o dövrdə Samuel Hoare 100 nəfərlik kəşfiyyat şəbəkəsini idarə edirdi.Tarixçi Peter Martland Rusiyanının çevrilişdən sonra müharibədən çəkilməsi səbəbindən İtaliyanın Böyük Britaniya üçün ən az etibar ediləcək müttəfiq halına gəldiyini qeyd edirdi. Tarixçi iddia edir ki, o, dövrdə Mussolinin 1 ildə aldığı pul indiki dövrdə həftədə 6 min funt-sterlinqə bərabər olub.

Mussolinin “İl Papolo” qəzetində müharibə haqqında yazılar yazmaqla paralel olaraq Milanda müharibəyə qarşı aksiyaları zorla yatırtmağı təklif edirdi.

Amma faşist diktatorla İngiltərə arasında əməkdaşlıq bununla bitmirdi. Mussolini iqtidara gəldikdən sonra 1935-ci ildə Xarici İşlər naziri olan Samuel Hoare ilə yeni müqavilə imzaladı. Hoare-Laval anlaşması ilə Efiopiya faşist İtaliyanın işğalı altına keçdi.

Qeyd edək ki, o dövrdə Mİ5 İngiltərənin daxili kəşfiyyat xidməti sayılır və hərbi kəşfiyyat xidməti ilə əlaqəli idi.

 






Fikirlər