Tramp QANUNSUZ MÜHACİRLƏRƏ sığınacaq verilməsini qadağan etdiyinə görə MƏHKƏMƏYƏ VERİLİB
"Amerika Vətəndaş Azadlıqları İttifaqı" hüquq müdafiə təşkilatı (ACLU) bildirib ki, ölkə başçısı Donald Trampın qanunsuz mühacirlərə sığınacaq verilməsinin qadağan olunmasına dair fərmanınn ləğv edilməsi tələbi ilə Prezident Administrasiyasını məhkəməyə verib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ACLU hüquqşünasları təşkilatın "Twitter" mikrobloquna yazıblar.