Qaşıqçı 7 DƏQİQƏYƏ öldürülüb - SON SÖZLƏR

Qaşıqçı 7 dəqiqəyə öldürülüb

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən öncə dediyi son sözlər ortaya çıxıb.

“Qafqazinfo”nun xəbərinə görə, Türkiyənin “Sabah” qəzetinin müxbiri Nazif Karaman Səudiyyə Ərəbistanının konsulluğunda tapılan səs qeydinə əsasən, jurnalistin 7 dəqiqə ərzində öldürüldüyünü bildirib.

O, Qaşıqçının son dəfə “Boğuluram, çuvalı başımdan çıxarın. Klaustrofobiyam (qapalı yer qorxusu) var” dediyini söyləyib.

Karaman cinayətlə bağlı istintaqın davam etdiyini, polisin Camal Qaşıqçının cəsədini tapmağa yaxınlaşdığını, onu qətlə yetirən komandaya məxsus alətlətin fotolarının da yaxın günlərdə KİV-də paylaşılacağını qeyd edib.






Fikirlər