“Qaşıqçının hissələrə ayrılmış CƏSƏDİ Türkiyədən çemodanla çıxarıla bilər” - Hulusi Akar

“Səudiyyəli jurnalist Camal Qaşıqçının hissələrə ayrılmış cəsədi Türkiyədən diplomatik toxunulmazlığı olan çemodanla çıxarıla bilər. Bu mövzuda ehtimallarla danışmaq mümkündür. "Bu məsələdə imkanlar barədə danışmaq olar. Onlar Türkiyəni qətldən 3-4 saat sonra tərk ediblər”. Türkiyə mediası xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Hulusi Akar qeyd edib ki, onlar Qaşıqçının doğranmış cəsədini Türkiyədən heç bir problem olmadan diplomatik toxunulmazlığı olan çemodan vasitəsilə çıxarıblar.

Qeyd edək ki, 2017-ci ildən ABŞ-da yaşayan "Washington Post"un əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşüb. Səudiyyə Ərəbistanının rəsmi mətbu orqanı oktyabrın 20-də ölkənin Baş Prokurorluğuna istinadən Camal Qaşıqçının diplomatik missiyanın əməkdaşı ilə dava zamanı öldürülməsi barədə məlumat yayıb. İstanbul Prokurorluğu isə Qaşıqçının əvvəldən planlaşdırılmış şəkildə boğularaq qətlə yetirildiyini və cəsədinin hissələrə ayrıldığını bildirib.






Fikirlər