“Rusiya kəlləmayallaq gedir”

“Rusiya kəlləmayallaq gedir”Politoloq Zərdüşt Əlizadə Moderator.az-a açıqlamasında Rusiyanın mövcud durumu və gələcəyi ilə bağlı maraqlı fikirlər səsləndirib. Ekspertin qənaətincə, Rusiyanın tənəzzülü qaçılmaz olsa da, bu, çoxlarının gözlədiyindən daha uzun çəkə bilər:

“Rusiya kəlləmayallaq gedir. Rusiyanın bu gedişlə hansı aqibətlə üzləşəcəyi hər kəsə bəllidir. Lakin bu, uzun çəkən bir proses ola bilər. Ona görə də Rusiyanın yaxın gələcəkdə çökəcəyini düşünənlər və öz planlarını buna hesablayaraq hazırlayanlar müəyyən problemlərlə üzləşə bilərlər. Məsələn, bu gün Ukraynada da çoxları Rusiyadakı böhranı əsas gətirərək bu çöküşün qısa zamanda reallaşacağına inanır. Ancaq ola bilər ki, Ukrayna Rusiyadan daha tez düşsün. Bu ehtimal da mövcuddur”.






Fikirlər