Moskvada təyyarə yanğınında 13 nəfər ölüb - VİDEO
Şermetyevo hava limanından Moskva-Murmansk istiqamətində uçan təyyarə təcili aerporta geri dönüş edib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində yanğın çıxıb. 78 nəfər sərnişin təxliyyə olunub. Azı 10 nəfərin yaralandığı bildirilir. *** Hadisə yerinə Rusiyanın İstintaq Komitəsinin əməkdaşları yollanıb. Təyyarənin yanmasının səbəbləri araşdırılır. Yanğın nəticəsində 5 nəfərin yaralandığı bildirilib. Daha əvvəl 10 nəfərin xəsarət aldığı deyilirdi. *** SSJ-100 təyyarəsinin yanma səbəbi kimi ilkin versiya olaraq layneri ildırım vurması irəli sürülür. *** Yanğın zamanı xəsarət alanların sayı artıb. Belə ki, 10-dan çox sərnişinin yaralandığı bildirilir. Faktla bağlı artıq cinayət işi açılıb. *** Yaralıların hamısının öldüyü qeyd edilir. Bəzi rəsmi saytlarda isə bir nəfərin öldüyü yazılıb. Yanğının qarşısı alınıb. *** "TASS" agentliyinin məlumatına görə, yanğın nəticəsində 13 nəfər ölüb. Nəqliyyat naziri Yevgeni Ditrix hadisə yerinə yollanıb. Baş nazir Dmitri Medvedyevin tapşırığına əsasən qəzanın araşdırılması üçün Dövlət Komissiyası yaradılıb. *** Təyyarədə olan 73 sərnişindən bəzilərinin taleyi barədə dəqiq məlumat yoxdur. Hazırda yanmış təyyarədə axtarışlar aparılır.