Neft emalı zavodunda partlayış
Səudiyyə Ərəbistanında dövlətə məxsus neft emalı zavodunda partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, baş verən güclü yanğının "Hüsilər" tərəfindən törədildiyi müəyyən edilib.
Məlumata görə, hadisənin məsuliyyətini üzərinə götürən "Hüsilər" etiraf edib ki, yanğının törədilməsində 10 PUA-dan istifadə edilib.