“Allah bizi də, onları da yerin dibinə batırsın”
Azertaym.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Fətulla Gülən aparılan əməliyyatları “kirlərdən arınma” adlandırıb və bunu edənlərə təşəkkürünü bildirib:
“Dinin ruhuna zidd bir şey edilibsə, etdikləri Quranın təməl prinsiplərinə ziddirsə, Sünnet-i Sahihaya ziddsə, İslamın hüququna ziddirsə, müasir hüquqa ziddirsə...Allah bizi də, onları da yerin dibinə batırsın, evlərinə od salsın, yuvalarını başlarına yıxsın”.
Lakin elə deyilsə, oğrunu görmədən onu yaxalayanın üzərinə gedənlər, cinayəti görməyib şər ataraq onları qaralamağa çalışanların Allah evlərinə od salsın, yuvalarını yıxsın, birliklərini pozsun”.