Sakit okean bölgəsinin 12 dövləti birləşdi! – Obamanın ən böyük məqsədi reallaşır

obama_2924323bXarici KİV-in yaydığı məlumata görə, Sakit okean bölgəsinin 12 dövləti nəhəng «azad ticarət zonası» yaratmaq barədə razılığa gəlib. Buraya ABŞ, Yaponiya, Meksika, Avstraliya, Kanada, Çili, Malayziya, Sinqapur kimi iqtisadi cəhətdən qüdrətli dövlətlər daxildir («Exo Moskvı»).

Ümumiikdə, bu ölkələr dünya ümumi daxili məhsulunun (ÜDM) 40,0 faizini istehsal edirlər. Sakit okean tərəfdaşlığı layihəsi ticarət maneələrinin azaldılmasını, əməyin ödənilməsi sahəsində ümumi standartların tətbiq edilməsini və istehsalın ekoloji normalarının tətbiq olunmasını nəzərdə tutur.

«Nezavisimaya qazeta»nın baş redaktoru Konstantin Remçukov hesab edir ki, tərəfdaşlıqdan kənarda qalan Rusiya buna qarşı dura bilməyəcək.

«Blumberq» agentliyi xəbər verir ki, ABŞ prezidenti Barak Obama Sakit okean ticarət tərəfdaşlığının yaradılması məsələsini öz prezidentlik dövrünün ən böyük məqsədlərindən biri adlandırıb. Rusiya rəhbərliyi isə yeni yaradılan birliyin tənqidi ilə çıxış edib.






Fikirlər