Təcili iclas: Ərəb ölkələri yeni strategiya hazırlayır -

Ərəb Ölkələri Liqasının Xarici İşlər nazirləri İsraillə Fələstin arasında yaranmış konfliktə görə, birgə strategiyanın hazırlanması üçün fövqəladə iclas keçirəcək.

 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Fövqəladə iclasın keçirilməsi üçün təklifi Birləşmiş Ərəb Əmirliyi verib.

 

Qeyd edək ki, son günlər Qüdsdə Əqsa məscidi ətrafında yaranmış konflikt böyüyüb. İsrailin məscidə insanların buraxılması üçün yaş həddini tətbiq etməsi fələstinlilərin etirazına səbəb olub. Fələstinlilər İsrailin Məbəd dağının status-kvosuna yenidən baxmağı planlaşdırdığını iddia edir.






Fikirlər