Almatıda silah səsləri eşidilir ...
Bir qrup etirazçı Almatı şəhərinin Auezov Rayon Daxili İşlər İdarəsinin binasına basqın etməyə çalışır, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onlara müqavimət göstərirlər. “Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb. Bildirilir ki, polis bölməsi şəhərin yaşayış massivində yerləşir, ətrafda çoxlu yaşayış binaları var. Məlumata görə, aksiyalarda saxlanılan şəxslər buraya gətirilib. Təhlükəsizlik qüvvələri binanın damındadır, cavab atəşi açır və səs-küylü qumbaraatanlardan istifadə edirlər. Yerli sakinlər qarətdən qorxurlar.