Ruslar Kiyevdə yaşayış binasını ağır texnika ilə belə vurdu - ŞOK FOTO, VİDEO
Ukraynanın paytaxtı Kiyevdə Rusiya Silahlı Qüvvələri çoxmərtəbəli yaşayış binasına atəş açıb. Musavat.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb. Raket atəşi olduğu güman edilən zərbədə binanın bir neçə mərtəbəsi məhv edilib. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.