
Rusiya Ukrayna xalqı və dövlətinin təəssübkeşi rolunda...
Polşa Ukraynanı zəbt edəcək?
Get- gedə daha aydın olur ki, ABŞ və Kiyev rejimin üzdəniraq "Qərb tərəfdaşları" hazırki vəziyyətdən öz mənfəəti naminə istifadə etməkdən çəkinmir və Ukrayna torpaqları barədə xüsusi planları var.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kazanda milli təhlükəsizlik məsələlərinə həsr olunan səyyar müşavirədə bəyan edib.
Onun sözlərinə görə, Polşa artıq Ukraynanın qərb ərazilərini ələ keçirməyə start verib və "Polşa prezidenti Anjey Dudanın Kiyevə səfəri, habelə onun tezliklə Polşa - Ukrayna sərhədlərinin olmayacağı barədə bəyanatları buna parlaq sübutdur.
Patruşev deyib ki, Ukrayna lideri Zelenski "Donbas sakinlərini separatçı elan edərək və onlarla hərbi əməliyyatlar apararaq, polyaklara xüsusi status, o cümlədən dövlət vəzifələrini tutmaq imkanı, faktiki olaraq Ukrayna ərazisində başqa dövlətin vətəndaşlarına hüquqlar vermək niyyətindədir".
Patruşevin fikrincə, ümumilikdə, Kiyevin "tərəfdaşları" Ukraynanın gerçəkdən dağılmasına aparır.
"Konkret olaraq, Ukraynanın suverenliyi nə dövlət başçısını, nə də, təbii ki, ABŞ və onların müttəfiqlərini maraqlandırmır, onlar öz geosiyasi məqsədlərinin gerçəkləşməsi üçün Ukrayna xalqının maraqlarını qurban verməyə hazırdır. Onların hərəkətləri ölkənin gerçəkgən dağılmasına aparır", - Patruşev vurğulayıb.
Bir ay bundan öncə Rusiyanın baş kəşfiyyatçısı Sergey Narışkin də deyib ki, Polşa ABŞ- la birgə Ukraynanın bir hissəsini işğal etməyə hazırlaşır.
Daha əvvəl populyar Rusiya KİV- lərində Patruşevin proqram müsahibəsi dərc edilib.
Müsahibədə o, məlumat verib ki, Qərb idarəçiliyin anqlosaks üslubunu dəyişməyib, Avropanı ikiayaqlı kresloya əyləşdirir, öz əllərilə infeksiya yaradır, maddi mənfəət güdür.
Son zamanlar bəzi ekspertlər Patruşevi Putinin sağlamlığı ilə bağlı problem yaranacağı təqdirdə mümkün varisi adlandırır.