Marsa geri qayıtmayan ekspedisiya hazırlanır

Marsa geri qayıtmayan ekspedisiya hazırlanır Azertaym.az xarici mətbuata istinadən xəbər verir ki, başqa planetlərdə məskunlaşma layihələrindən biri reallaşmaq üzrədir.
Mars One layihəsinin birinci seçim mərhələsində1000 nəfərdən artıq şəxs müsabiqədən keçib. Onlar Marsa geri qayıtmayan ekspedisiyanın tərkibinə daxil olacaqlar.
Marsı ilk məskunlaşma siyasəti güdən Mars One layihəsinin təşkilatçıları 1058 namizəd seçiblər. Bu namuzədlərin çoxu - 297 nəfəri ABŞ vətəndaşlarıdır. İkinci yerdə Kanada nümayəndələri tutur - 75 nəfər, sonra Hindistan vətəndaşları 62 nəfər və rusiyalılar 52 nəfər.
Hazırda 2 - ci tur başlayır, hansı ki, bu turda seçilmiş namizədlərin fiziki hazırlıqları və psixi durumları yoxlanacaq ki, bu da Qırmızı planetə geridönməyən uçuş üçün çox mühüm amildir.
107 dövlətdən 200 min nəfər Marsda məskunlaşmaq arzusunda olduğunu bildirib.
Xatırladaq ki, Marsda məskunlaşma qərarı barədə layihə hollandiyalı biznesmen Bas Lansdorpa məxsusdur.
İlk könüllülərin uçuşu 2023 - cü ilə planlaşdırılır. Geriyə bilet nəzərdə tutulmayıb.






Fikirlər