İRANDA PREZİDENT SEÇKİLƏRİ - Son rəy sorğusunda hansı namizəd qalib gəlib?

Məlum olduğu kimi, sabah İranda prezident seçkilərinin ikinci mərhələsi baş tutacaq.

"AzPolitika" xəbər verir ki, ilk turda namizədlərin heç biri 50 faiz səs toplaya bilmədiyindən seçki ikinci mərhələyə qalıb. İkinci mərhələdə isə əvvəlki turda ən çox səs toplayan iki namizəd - mühafizəkar Səid Cəlili ilə Güney Azərbaycandan olan namizəd, sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparacaq.

Qeyd edək ki, ötən gün İranın rəsmi "İSPA" sorğu mərkəzi seçkilərin ikinci turu ilə bağlı son rəy sorğusununun nəticələrini açıqlayıb.

Sorğunun nəticələrinə görə, İranda insanların 49,5%-i prezidentliyə namizəd Məsud Pezeşkiana, 43,9%-i isə Səid Cəliliyə səs verəcəklər. 4,8% hələ də prezidentliyə namizədini seçməyib, 1,8% isə sorğunu cavablandırmayıb.

Bildirilib ki, ikinci turda əhalinin iştirak səviyyəsi maksimum 48%, minumum 45% təşkil edəcək.

“Prezidentliyə namizədlər arasında keçirilən debatların ikinci mərhələsini izlədinizmi?” başlıqlı sorğuya cavab olaraq, insanların 34%-i ilk debatı, 39,8% isə ikinci debatı izlədiyini bildirib. 

Respondentlərin 53,5 faizi ikinci turun heç bir debatına baxmadığını qeyd edib.

Qeyd edək ki, İran dövlət televiziyası tərəfindən keçirilmiş sorğuda Səid Cəlili 52%, Məsud Pezeşkian isə 47% səs toplayıb. 






Fikirlər