Fəlakət gözlənilir - Bayden səfərlərini təxirə saldı

Fəlakət gözlənilir - Bayden səfərlərini təxirə saldı

ABŞ prezidenti Co Bayden "Helene" qasırğasından sonra ölkənin cənub-şərqinə təsir edəcəyi gözlənilən "Milton" qasırğası ilə bağlı Ağ Evdə açıqlamalar verərək Florida əyalətinin sakinlərinə təcili təxliyə edilməsi barədə çağırış edib.

Ölkə.Az xəbər verir ki, Bayden hər kəsin ən qısa zamanda yaşayış məntəqələrini boşaltmasının zəruri olduğunu qeyd edib.

"Bu vaxta qədər olduğunuz yeri tərk etməli idiniz, bu, ölüm-qalım məsələsidir. Dərhal tərk edin! "Milton" Floridanı vuran ötən əsrin ən pis qasırğası ola bilər", - Bayden bildirib.

Bayden Milton qasırğası ilə bağlı əlaqədar olaraq Almaniya və Anqolaya əvvəlcədən planlaşdırdığı səfərlərini daha sonrakı tarixə təxirə salıb.

ABŞ-nin Florida ştatının rəsmiləri materikə yaxınlaşan "Milton" qasırğasının 5-ci kateqoriyaya yüksəlməsindən sonra can və mal itkisini minimuma endirmək üçün ardıcıl evakuasiya əmrlərini elan etməyə başlayıb.






Fikirlər