AVROPA ƏRDOGANDAN asılıdır – XİN RƏHBƏRİ

Avropa İttifaqı əlini çirkləndirməmək üçün qaçqınlarla bağlı məsuliyyətin bir hissəsini Türkiyəyə vermək istəyir.

 

Azərtaym.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Sebastyan Kurz bildirib. 

“Biz Türkiyəyə bu ölkənin iştirakının tamamilə vacib olduğu öhdəlikləri verməliyik. Məsələn, miqrantlara sığınacaq verilməsi məsələsini. Lakin Avropa İttifaqı (Aİ) ümumi sərhədlərin təhlükəsizliyinə nəzarəti Ankaraya ötürəndə bu ölkədən asılılıq yaranır, bu da mənim olduqca təhlükəlidir”, - deyə XİN rəhbəri Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində bildirib. 

XİN rəhbərinin sözlərinə görə, Aİ öz əlini çirkləndirməmək üçün bu “çirkli işi” asanlıqla Türkiyəyə təklif edə bilməz. Bu və ya digər halda qaçqınlarla bağlı situasiya “çirkin, qəddar mənzərələr” yaradacaq.

Kurzun fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ-lə razılaşmaları Avropaya əlavə təsir rıçaqları kimi istifadə edir. 






Fikirlər