`Ərdoğan Osmanlı imperiyasını bərpa etmək istəyir`

Font ölçüsü : - / +

Suriyanın BMT-dəki daimi təmsilçisi Bəşər Cəfəri bəyan edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Osmanlı imperiyasını bərpa etməyi arzulayır.

 

 Azərtaym.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cəfəri BMT baş katibi və BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda qeyd olunur. 

Onun fikrincə, Ərdoğanın bir neçə il əvvəl müstəqil dövlətlərin vətəndaşları olmalarına baxmayaraq, türk əsilli şəxslərin qorunması haqqında bəyanatı məhz belə izah etmək olar. 

Cəfəri, həmçinin qeyd edib ki, Türkiyə terrorçuların Suriyaya daxil olmasına köməklik edib: “Türkiyə rəhbərliyinin Suriyanın daxili işlərinə qarışması müxtəlif formada özünü göstərib”.






Fikirlər