Səudiyyə Ərəbistanı: Suriyadakı əməliyyatımız İŞİD-i hədəf alacaq

Səudiyyə Ərəbistanı: Suriyadakı əməliyyatımız İŞİD-i hədəf alacaqSəudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr ölkəsinin Suriyada quru əməliyyatlarında iştirakından danışıb.

Ölkə.az xəbər verir ki, Əl-Ərəbiyyə telekanalına müsahibə verən Cübeyr Səudiyyənin Türkiyə ilə ortaq əməliyyatlarının hədəfində İŞİD-in olduğunu bildirib.

Cübeyr Suriyada əməliyyatların nə vaxt keçiriləcəyini dəqiq deməsə də, hazırlığın getdiyini bildirib.

Xatırladırıq ki, bir neçə ay öncə Türkiyə və Səudiyyə Ərəbistanı başda olmaqla İslam koalisiyasının Suriyaya qoşun göndərməsi xəbəri yayılmışdı.

 AzerTaym.az






Fikirlər