Gələn ilin dövlət büdcəsinin üç VARİANTI HAZIRLANIB

"2018-ci ilin dövlət büdcəsində proqnozlar müxtəlif variantlarda hazırlanıb və təhlil edilib".

"APA-Economics" xəbər verir ki, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı millət vəkillərinin təklif və iradlarına münasibət bildirərkən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, neftin bir barelinin qiyməti ilə bağlı pessimist, optimist və baza variantı hazırlanıb: "Neftin qiyməti ilə bağlı ən aşağı variant 30 dollar səviyyəsində götürülüb. Optimist variant kimi 1 barelinin 50 dollar ilə təhlillər və proqnozlar aparılıb. Makroiqtisadi çərçivənin hazırlanması üçün Nazirlər Kabineti tərəfindən bütün iqtisadi qurumların iştirakı ilə yaradılmış komissiyada bu variantları müzakirə etmişik və Azərbaycan üçün ən optimal variantı təqdim etmişik".






Fikirlər