Azərbaycanda transmilli şirkətlər işçilərin HƏMKARLAR təşkilatı yaratmasına mane olur

AzerTaym.az Report.az-a istinadən xəbər verir ki Azərbaycanda işləyən şəxslərin həmkarlar təşkilatı yaratmasına əsasən transmilli şirkətlər mane olur.  

Bu açıqlama ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) prezidenti Səttar Mehbalıyev çıxış edib.

"Transmilli şirkətlərdə işləyənlərdən bizə müraciətlər daxil olur ki, həmkarlar təşkilatı yaratmaq istəyirlər, amma qoymurlar. İşçilərə xəbərdarlıq edirlər ki, əgər belə bir təşkilat yaratsalar işdən qovulacaqlar. Biz də bu kimi halların qarşısını almağa çalışırıq”, - deyə AHİK rəhbəri bildirib.

S.Mehbalıyevin sözlərinə görə, rəhbərlik etdiyi qurum bir qədər əvvəl Neftçala rayonunda fəaliyyət göstərən müəssisələrdən birində həmkarlar təşkilatının yaradılması ilə bağlı xoşagəlməz halın qarşısını alıb: "Neftçalada neft sektorunda bir müəssisə var. Oranın rəhbərliyi işçilərə həmkarlar təşkilatı yaratmağa mane olurdu. Həmin işçilər mənim qəbulumda oldular və qarşılaşdıqları əngəlləri dedilər. Biz də onlara izah etdik, getdilər parkda yığışdılar, mətbuatı da çağırdılar və son nəticədə bu problem həll olundu, öz həmkarlar təşkilatlarını yarada bildilər".






Fikirlər