Ekologiya və Təbii Sərvətlər Nazirliyi elektroBUS alır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Gəncə Avtomobil Zavodu” İB-nin istehsal edəcəyi elektrobuslara maraq göstərir.

Bunu Trend-ə zavodun marketinq və servis üzrə direktoru Konstantin Barabanov deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov avtobus modelini nəzərdən keçirib və nəticədən razı qalıb. K.Barabanov nazirliyin bir neçə avtobus almağa hazır olduğunu deyib.

Qeyd edək ki, Gəncə Avtomobil Zavodunda 2017-ci ilin yanvarından “Eurabus” elektrik avtobuslarının yığılmasına başlayacaq.

“Gəncə Avtomobil Zavodu” İB-nin müşahidə şurasının sədri Xanlar Fətiyevin sözlərinə görə, zavodun ilkin istehsalat gücü ildə 350-400 avtobus olaraq planlaşdırılıb.

Almaniyanın “Eurabus” şirkətinin baş direktoru Kristian Zayts iki şirkət arasında müqavilənin yaxın iki ay ərzində imzalanacığını deyib.

O, artıq ilk elektrobusun test sınağından keçirildiyini də deyib. Gəncədə yığılacaq elektrobusların xarici ölkələrə, xüsusilə Gürcüstana ixrac olunması da planlaşdırılır.






Fikirlər