Vahid Əhmədov seçiciləri ilə GÖRÜŞDÜ
Millət vəkili Vahid Əhmədov Milli Məclisdə təmsil etdiyi Quba rayonunda seçiciləri ilə növbəti dəfə görüşərək onları qəbul edib. Havanın qarlı və şaxtalı olmasına baxmayaraq qəbulda Quba və qonşu rayonlardan 117 nəfər sakin iştirak edib. Ənənəsinə uyğun olaraq ilk öncə secicilərini keçən dövr ərzində parlamentəki fəaliyyəti barədə məlumatlandıran millət vəkili rayon ilə bağlı planlaşdırdığı məsələlərdən də danışıb. Qəbul vətəndaşların istəyi nəzərə alınmaqla fərdi şəkildə aparılmışdır. Şimal bölgəsində bu il qışın sərt keçməsi sakinlərin qayğılarını xeyli artırılıb. Təəsüflə qeyd etmək lazımdır ki, qazın və işığın verilməsində hər qəbulda təkrarlanan problemlər yenə də əhalinin qaldırdığı məsələlərdə ön sıradadır.Qubanın bir addımlığında yerləşən Alekseyevka kəndindən gələn 17 sakin qaz xəttinin olmasına baxmayaraq qazın təzyiqinin az olmasından və ailələrinin bu səbəbdən əziyyət çəkdiyini bildirdilər. Dəfələlərlə aidiyyəti strukturlara kollektiv müraciətlər olunmasına baxmayaraq, problemin öz həllini tapmadığnı və deputatdan tədbir görülməsini xahiş etdilər. Seçicilər tərəfindən qaldırılan məsələlər sırasında məhəllə daxili yolların abadlaşdırılması, əhalinin xüsusi ilə gənclərin işlə təmin olunması, sosial yardımların təyin olunması, pensiyalarn azlığı, əlilllərə və xəstələrə dövlət qurumları tərəfindən qayğının artırılması və digər məsələlər olmuşdur. Bəzi məsələlərlə bağlı yerindəcə tədbirlər görülmüş, mərkəzi təşkilatlarla bağlı problemləri həlli nəzarətə götürülmüşdür. Qəcərzeyid kəndinə yolun çəkilişi ilə bağlı olunmuş müraciətlə bağlı rayonun müvafiq təşkilatları ilə müzakirələr və məsləhətləşmələr aparılıb. Növbəti qəbul mart ayına planlaşdırılıb.