“Babalarım sürgün olunublar, əmim isə almanlara əsir düşərək, Avropada qalıb” - MÜSAHİBƏ
Əflatun Amaşov: “Uşaqlıqda kosmonavt olmağı düşünürdüm, o dövrün xiffətini çəkən mən deyiləm” Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “Discovery Azerbaijan” jurnalına müsahibə verib. Müsahibədə "Mən hansı sahədə oluramsa olum, ilk növbədə jurnalistəm. Ölənədək də jurnalist qalacam", - deyən Ə.Amaşov bir sıra maraqlı açıqlamalar verib. Modern.az saytı həmin müsahibəni təqdim edir: - Azərbaycanın hər bir bölgəsi mənim üçün əzizdir. Zənnimcə, 62 saylı dairədən deyil, bir başqasından namizədliyimi irəli sürməyimlə bağlı qərara gəlsəydim, nəticə eyni olacaqdı. Ancaq mən Saatlını seçdim. Bir neçə amili nəzərə aldım. Saatlının həyatımdakı rolu böyükdür, əlbəttə. Bu barədə müsahibələrimdə bildirmişəm. Borçalı elinin uzaq Faxralı kəndindən birbaşa Bakıya oxumağa gəlmişdim. Yol boyu gördüyüm rayonlardan başqa heç yeri görməmişdim. Hazırda haqq dünyasında olan tələbəlik dostum Həbib Saatlıdan idi. Onunla birgə rayonun Sarıcalar kəndinə gəldik. Valideynləri ilə tanış olduq. Çox səmimi mühit gördüm. Həbib gözəl dost, qayğıkeş insan idi. Onun və əzizlərinin timsalında Saatlı da mənə doğmalaşdı. Moskva Dövlət Universitetində ali təhsilimi başa vurduqdan sonra Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc) işləməyə başladım. Təsadüfə baxın ki, jurnalist kimi ilk ayaq basdığım bölgə də Saatlı oldu. Rayondan hazırladığım reportaj yüksək qiymətləndirilmişdi. Materiala görə mükafat da almışdım, sevinmişdim. Əlbəttə, seçki bir marafondur. Qüvvələr nisbətini hesablamalısan. Həm bu mənada, həm də Saatlının həmin vaxtadək həyatımdakı rolunu nəzərə alaraq namizədliyimi 62 saylı Saatlı seçki dairəsindən irəli sürməyə qərar verdim. Sağ olsunlar, rayon sakinləri mənə etimad göstərdilər. Saatlı daim yaddaşımda qalacaq. - Həmin reportaj hazırladınız ildən bu yana Saatlıda nələr dəyişib? O zamankı təəssüratlarınız və bugünkü düşüncələriniz... - Bütövlükdə Azərbaycan dəyişib həmin vaxtdan. Ölkədə aparılan geniş abadlıq və quruculuq işləri Saatlıdan da yan ötməyib. O zamankı təəssüratlarım tələbəlik çoşğusuna, jurnalistikanın gətirdiyi eyforiya hissinə əsaslanırdısa və rayona da yanaşmam bu aspektdən idisə, zamanla insan reallığı daha çox yaxına qoyur. Reallıq isə budur ki, bugünkü Azərbaycanla, o zamankı Azərbaycan, o cümlədən bugünkü Saatlı ilə o zamankı Saatlı arasında son dərəcə böyük fərq var. Bizlər müstəqil Azərbaycanda yaşayırıq. Bu, düşüncəmizi zənginləşdirən cəhətdir. Eyni zamanda bizlərə böyük perspektiv vəd edən amildir. Mən müqayisə anlamında nələrisə fərqləndirmək istəməzdim. Çünki fərqlər həddən artıq böyükdür. Ümumən onu deyim ki, Azərbaycanda həyata keçirilən geniş miqyaslı islahatlar dayanıqlı sosial-iqtisadi mühit formalaşdırıb. Araz çayının sahilində, Muğan düzündə yerləşən Saatlı rayonu da respublikamızın digər bölgələri kimi iqtisadi inkişaf yolundadır. Rayonda çoxlu sayda mədəni-maarif obyektləri, təhsil müəssisələri, idman qurğuları inşa olunub. Eyni zamanda özəl sektorun fəaliyyətinə də hərtərəfli şərait yaradılıb. - Saatlı turizm nöqteyi-nəzərdən gözdən-nəzərdən uzaq olan bir rayondur. Bu rayonda nə qurub-yaratmaq olar ki, insanların marağını cəlb etsin? Saatlı qədim dövrün yadigarı olan kurqanları, nekropolları və digər arxeoloji abidələri ilə tanınır. Onların açıq havada muzey şəklində olması barədə düşünmüşəm. İnanıram ki, bu reallaşsa və güclü təbliğat işləri aparılsa, rayonun turizm potensialını kəşf etmiş olacağıq. Təbii ki, turizm infrastrukturu məsələsini də yenidən nəzərdən keçirmək lazım gələcək. Əlbəttə, çox işləmək lazımdır. Ümumən, arxeoloqların bölgəyə daha çox cəlb edilməsi, tədqiqat işlərinin miqyasının genişləndirilməsi ilə Saatlının Azərbaycanın tarixi irsinin öyrənilməsindəki rolunun artırılması vacibdir. Bunun özü də turizm potensialının artmasına müsbət təsir göstərəcək. - Saatlı nəyi ilə məşhurdur? Və ya belə deyək, Saatlı dedikdə ilk olaraq, ağlınıza nə gəlir? Ancaq rayon özünün qarpızı, yemişi, narı, heyvası, tərəvəzi, giləmeyvəsi ilə də məşhurdur. Əlbəttə, axan çay varsa, balıq da var. Yeməklə ərməğan olmasam da, balıq ətindən imtina etmərəm (gülür). - Yolu Saatlıdan düşən biri burada özü üçün maraqlı nələri tapa bilər? - Çətin sual oldu bir az. Çətin də deməzdim əslində. Ancaq düşünmək lazımdır ki, nələri tapmaq olmaz? Dediyim kimi, kifayət qədər rəngarənglik var. Əlbəttə, bu da öz növbəsində fərdi yanaşmadır. Çünki hər kəsin maraq dünyası fərqlidir. Mən məsələn, Saatlıya ilk dəfə yolum düşsəydi, yuxarıda qeyd etdiyim kurqanları, abidələri görmək tapıntı olardı. Rayon ovçuluqla məşğul olanlar üçün də kifayət qədər cəlbedicidir. - Saatlı millət vəkili seçildiyiniz rayondur, Faxralı isə doğulub boya-başa çatdığınız kənd... Faxralıda xiffətini çəkdiyiniz nəyiniz qaldı? - Faxralıda uşaqlığım, yeniyetməliyim, gəncliyim qaldı. O dövrün xiffətini çəkən, yəqin ki, təkcə mən deyiləm. Milli Məclisin deputatı seçilmək düşünürəm ki, hər bir şəxsin həyatda qazandığı ən böyük uğurdur. Bu uğur nərdivanının yüksək pilləsi deputatlıqdırsa, Saatlı onun episentrində dayanır. Təbii ki, buradan keçmişə nəzər salıram. Faxralını, kəndin küçələrini, meşəsini görürəm. Həmin yerlərdə özümü görürəm. Hesab edirəm ki, kifayət qədər həssas yaşantıdır. - Ruhunuza ən yaxın, ən doğma olan yer haradır ki, ora gedəndə bütün problemləri, dərdi-səri unudursunuz? - Elə doğma kəndimdir, evimizdir. Xatirələr yetərincədir. Mən o yerlərdə bütöv bir yaşantını hiss edirəm. Məsələ yalnız uşaqlığın qayğısız illərini xatırlamaqda deyil. Mənim babalarım, əmilərim imkanlı adamlar olublar. Ötən əsrin 30-cu illərində kolxoz quruculuğundan imtina ediblər. Buna görə də sürgünlə üzləşiblər. Həmin vaxt nəslimizin böyük hissəsi Türkiyənin Qars bölgəsinin Təhləli kəndinə köçüb. Əmim İlyas Türkiyəyə gedə bilməyib və Borçalı meşələrində partizanlıq edib. 1942-ci ildə müharibədə əsir düşüb və Avropada qalıb. O danışır ki, Azərbaycan radiosuna qulaq asmaq üçün uzun bir antenna düzəltdiribmiş. Familiyasını da Faxralı götürüb. 1968-ci ildə ilk dəfə Faxralıya gəlib. Biz onda yaylaqdaydıq, nənəm dedi get atı gətir, kəndə gedirik, İlyas əmin gəlib. Mənim də 11 yaşım vardı. Nənəm atı yəhərlədi, onun tərkində kəndə gəldim. Camaat əmimin başına yığışmışdı. Nənəm atın yüyənini ağaca atdı və əmimə tərəf getdi. İlyas əmimin gözü doldu və ağlamsınaraq “ana” dedi. Təsəvvür edin, 1942-ci ildən 1968-ci ilədək anasını görməmişdi. Anasının ağlamaqdan gözləri tutulmuşdu. Nənəm dedi “sus, ağlama, kişi ağlamaz, düşmənlərimiz var, bizə baxır”. Amma axşam hamı gedəndən sonra nənəm əmimi qucağına sıxıb sakitcə bir ağlamaq ağladı ki... İndi də xatırlayanda tüklərim biz-biz olur. Bu səhnə ruhumu titrədən səhnədir. Eyni zamanda bütün bunları düşünərkən, hətta gözlərim dolsa belə rahatlıq tapıram. Sanki Faxralı özü bir dünya kimi görünür mənə və orada rahatlıq tapıram. - Uşaqlıq illərinizi necə xatırlayırsınız? - Əlbəttə, hər kəs uşaqlığını özünəməxsus cəhətləri ilə yada salır. Hesab edirəm ki, hazırda cəmiyyətdə tutduğumuz mövqenin ilk cücərtiləri uşaqlıqda baş qaldırır. Xatırlayıram ki, şeir yazırdım. Bir neçə şeirim “Azərbaycan pioneri” qəzetində çıxmışdı. 7-ci sinifdə ana ilə bağlı şeirim hələ də yadımdadır. Həmin o bulağın gözüdür ana. - Valideyn övladı üçün fədakar olmalıdır. Mənim valideynlərim də fədakar olublar. Hesab edirəm ki, mən də bu mənada onların yolu ilə gedə bilirəm. Şərt o, deyil ki, övladı özün üçün münasib bildiyin sahədə olmasını təmin edəsən. Əsas məsələ valideynin övlada onun özünün seçdiyi, sevə-sevə maraq göstərdiyi sahədəki dəstəyidir. Bir övladım var. Londonda ali təhsil alıb. Hazırda orada çalışır. Öz yolu, öz müstəqil baxışları olan gəncdir. Mənə elə gəlir ki, hazırda onun mənim üzərimdəki təsiri daha çoxdur (gülür). - Zənnimcə, səyahəti xoşlamayan adam yoxdur. Varsa da, çox azdır. Görmədiyim yerləri görmək, həmin yerlərin adət-ənənələri, məişəti ilə tanış olmaq hər zaman böyük zövqdür. - Yol adamısınız? - Bu suala ən dolğun cavabı mənimlə birgə yolda olanlar verə bilərlər. Amma hesab edirəm ki, yol adamıyam. Məncə, səyahəti xoşlayan adam ona köklənir və bu zaman yol boyu qarşıya çıxan problemlər də əslində kiçik gəlir. Bəzən tam əhəmiyyətsiz olur. Əlbəttə, adamlar var ki, loru desəm, qarışqadan fil düzəltməyi xoşlayırlar. Yəqin, elələrinə görədir ki, kiminsə yol adamı olması xüsusi müsbət məqam kimi vurğulanır. Mənə “sən əsl yol adamısan” deyənlər az olmayıb (gülür). - İndiyədək ən unudulmaz səfər təəssüratınız hara olub? - Yaxşı yadımdadır ki, Dünya Mətbuat Şuraları Assosiasiyasının Tailandda illik toplantısı keçirilirdi. Ora getmişdim. Mənzil başına bir neçə təyyarə dəyişdikdən sonra çatdım. Ən maraqlısı isə qayıdanda yaşandı. Çinin Urumçi şəhər hava limanına endik. Hava limanında nə rəng desən insan var idi. Çox qarışıq məkan, bir yandan da qida uyğunsuzluğu səbəbindən ac qalmışdım. Tam bir fəlakət idi (gülür). - Xəbər adamı (tanınmış jurnalist), məmur, millət vəkili - bu təqdimatlardan hansını özünüzə bir köynək daha yaxın hiss edirsiniz? - Mən hansı sahədə oluramsa olum, ilk növbədə jurnalistəm. Ölənədək də jurnalist qalacam. Bu sahə mənim varlığımı təsdiqləyib. İnsanlar olub ki, jurnalistikadan tramplin kimi istifadə ediblər. Sonra başqa sahələrdə çalışıblar və çalışmaqdadırlar. Ancaq mən peşəyə keçici yanaşmamışam. Hər halda bəxt və tale də önəmlidir. - Parlamentə növbəti seçkilərdə yenə də "Məclis adamları" qismində iştirak etməyi düşünürsünüzmü? - "Jurnalistika elə bir sahədir ki, bu peşəni seçən adam digər sahələrdə çalışanlardan daha vicdanlı olmalıdır", - demişdiniz müsahibələrinizin birində... Heç olubmu ki, yazdıqlarınıza görə sonradan peşmançılıq hiss edəsəniz? - Müdriklərdən hansının sözüdür xatırlamıram, deyir ki, insan yanlışları ilə gözəldir. Görünür, yanlışlığa yol vermək insan xarakterindən irəli gələn göstəricidir. Ancaq incə bir məqam var ki, o da vicdan hissidir. İnsan vicdanlıdırsa, yanlışları gözəl ola bilər. Vicdansız elə vicdansızdır. Bəli, jurnalist daha çox vicdanlı olmalıdır. Əslində bir sual yaranır: həkim, müəllim, polis, prokuror da daha çox vicdanlı olmamalıdır? Adi təkər ustası vicdanını unudub iş görürsə, kiminsə həyatını itirməsinin səbəbkarına çevrilir. Bəs jurnalisti fərqləndirən nədir? Mənə elə gəlir ki, cəmiyyətin vicdanlı olmalı olan bütün təbəqələrinin işini əks etdirən sahə jurnalistikadır. Jurnalist vicdansız olursa, müəllimin, həkimin və digərinin siması cəmiyyətə vicdansız kimi yansıyacaq. Bu isə müəyyən mənada inamsızlıq yaradacaq. İnamsızlıq etimadsızlığı, etimadsızlıq isə anarxiyanı doğurur. Bağlantını hiss etdiniz, yəqin. Bu mənada, əlbəttə, jurnalistin daha çox vicdanlı olması şərtdir. Həm də sahəmiz elə həssasdır ki, burada vicdanlılıq həm də peşə tələbi kimi özünü aşkar şəkildə göstərməkdədir. Zənnimcə, vicdanı və peşəkarlığı uzlaşdırmağı bacaran insan üçün böyük anlamda peşmançılıq hissi yaddır. - Necə oldu ki bu günlərə gəlib çıxdınız? Qazandıqlarınız, əldə etdiyiniz uğurlar, hörmət nəyin bəhrəsi idi? - Uinston Çerçil bir neçə müharibədə iştirak edib. Ümumiyyətlə Çerçil həyat yolundakı yüksəlişə görə müharibələrə borcludur. Çünki o nəhənglikdə adam özünü başqa cür təsdiqləyə bilməmişdi. Deyək ki, imtahanlardan kəsilmişdi. Ali məktəbi düz əməlli oxuya bilməmişdi. Maraqlıdır ki, necəsə köklənə bilməmişdi həyata. Ancaq müharibələrdə iştirak karyerasına əsaslı təsir göstərmişdi. Şimali Afrikada əsir düşərkən möcüzə nəticəsində qurtula bilmiş və sonradan öz memuarlarında bununla bağlı bildirmişdi ki, kişilik öz varlığını və şərəfini düşdüyü çətin şəraitin məngənəsindən qurtarmaq bacarığındadır. Həyat hər bir halda çətinlikdir. İnsan çətinliklərə sinə gərdikcə mətinləşir, püxtələşir. Ətraf aləmin özünü ona hörmət kimi göstərən münasibəti də buna görə formalaşır. Bunun kökündə isə zəhmət dayanır. İnsanı ucaldan zəhmətdir. Məncə, zəhmətə qatlaşan adamam. - Kosmonavt olmağı düşünürdüm (gülür). Kosmonavtlıq o dövrün uşaqlarının çoxunun arzusu idi. Görünür, başqa planetlərə, ulduzlara, göy cisimlərinə hazırkı marağım da elə o zamankı arzumdan qaynaqlanır. Əlbəttə, xəyallar başqa, reallıq başqa. Zamanla daha real oluruq. Mən jurnalistikanı şüurlu şəkildə seçdim. Bu peşəyə yiyələnmək üçün fədakarlığım da oldu. Yaxşı yadımdadır ki, Moskvaya təhsil almaq üçün mənim yerimə başqasını göndərəcəkdilər. O zaman Azərbaycana rəhbərlik etmiş Ulu öndər Heydər Əliyevə teleqram vurdum. Onun həssas münasibəti sayəsində Əflatun Amaşov adlı bir kənd uşağının həyat yolu müəyyənləşdi. Az öncə qeyd etdim ki, şerlər yazmışam, ümumən uşaqlıqdan yaradıcılığa marağım olub. Ancaq marağın bizləri hara aparacağı bir az da tale məsələsidir. Mən taleyimdən şikayətçi deyiləm. Təkcə ona görə yox ki, hazırda ölkənin ən ali jurnalist qurumuna rəhbərlik edirəm, ən mötəbər kürsüsü olan Milli Məclisin deputatıyam... Hər kəs kimi məhrumiyyətlərim də var. Ancaq düşünürəm ki, geriyə baxanda, nələrisə yada salıb təhlil edəndə özümü şanslı saya bilərəm. AzerTaym.az
Modern.az saytının məlumatına görə, müsahibədə Ə.Amaşov millət vəkili seçildiyi Saatlı ilə bağlı xatirələrini də bölüşüb. Deyib ki, Saatlı onun üçün ilklərlə zəngin bir rayondur. Azərbaycanda ilk ayaq basdığı bölgə, jurnalist kimi reportaj hazırladığı ilk rayondur. Və bu baxımdam Saatlı camaatının Milli Məclisdəki sözçüsü olmaq Əflatun Amaşova xoşdur...
- Saatlının Əflatun Amaşovun həyatında rolu nədən ibarətdir?
- Çox gözəl sualdır. Amma deməzdim ki, Saatlı turizm nöqteyi-nəzərdən uzaq rayondur. Sadəcə orada turizm anlamında düşüncəmizdə canlandırdığımız ənənəvi baxışlara yer yoxdur. Biz nə düşünürük? Yaşıllıq, meşəlik, dəniz, dağ havası və sair.
- Saatlı kənd təsərrüfatı, xüsusən də pambıqçılıq rayonudur. Orada sahənin bir çox istiqamətləri təşəkkül tapıb. Hazırda rayon ciddi inkişaf yolundadır. Təbii iqlim də rəngarəngliyə imkan verir. Sadəcə ərazinin xüsusiyyətini də nəzərə almaq lazımdır. Son illər pambıqçılıq daha çox inkişaf etməkdədir. Saatlı mövcud sahədə birincidir. Buna görə də yadıma ilk düşən pambıqdır.
Bulaq axar, biz o suya bənzərik,
Heç vaxt unudulmaz, əvəzsiz olan
Gözümün müqəddəs nurudur ana.
Tək olanda özümçün oxumuşam. Amma səsim olmayıb. Uşaq ikən toylarda, əsasən, aşıqlar olardı. Aşıq Hüseyn Saraclının, Aşıq Kamandarın, Aşıq Əmrahın apardığı toylarda çox iştirak eləmişəm. Qapılar bağlanar, heç kim səs eləməz və aşıq dastan söylərdi. İnsanlar icazə ilə bayıra çıxardılar.
- Övladın layiqli vətəndaş kimi yetişməsində ata-ananın çox böyük təsiri var. Bu təsir sizdə özünü nədə büruzə verdi? Bəs sizin oğlunuz üzərində təsiriniz nə dərəcədə oldu?
- Səyahətlə aranız necədir?
- Bu barədə indidən qəti şəkildə fikir söyləmək çətindir. Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyim bir ildən artıq müddətdə çalışmışam ki, seçicilər üçün əlimdən gələn qədər kömək edim. Ümumən, Saatlıya faydalı olacaq tədbirlərin gerçəkləşməsini vacib saymışam. Düşünürəm ki, gördüyüm işlər seçki kampaniyası dövründə səsləndirdiyim vədə adekvatdır. Mən belə demək mümkünsə “qızıldan dağlar” vəd etməmişəm. Bildirmişəm ki, hər bir seçicinin yanında olub onunla birlikdə bağlı qapıları açacam. Şükür Allaha ki, məyus olmamışam. Buna görə də növbəti seçkidə də iştirak etmək potensialımı görürəm. Amma qəti qərara gəlmək üçün zamana ehtiyac var.
- Uşaqlıqdan hər birimiz müxtəlif arzularla yaşayırıq. Bəzilərimiz uşaqlıq xəyallarımızdan da böyük uğurlar əldə edirik, bəzilərimizdə isə bu, sadəcə alınmır... Sizdə necədir? Olmaq istədiniz yerdəsiniz?